Bu millət icazəsiz aksiyalara çıxsa...

14:48 28-09-2019 | icon 926 | Köşə
Bu millət icazəsiz aksiyalara çıxsa...

Xaricə yazdıqları danoslarda onları siyasi məhbus kimi qələmə verəcəklər

 OKTAY HACIMUSALI

 

Bu millət icazəsiz aksiyalara çıxsa, meydanlarda yenə tək başına qalacaq, arxadaş! Özünü lider adlandıranları evində isti çay içərkən yaxalayacaq. İsti çay önündə, telefonla Sevinc Osmanqızının, Tural Sadıqlının "YouTube" kanalında canlı yayımında "qorxmayın, ürəyinizə qüvvət verin!" deyib, xalqı təxribata çəkənlərin birinə də rast gəlməyəcəksiniz həmin aksiyalarda.

 

Tam tərsi özləri və yaxınları həmin icazəsiz aksiyalarda iştirak etmədikləri halda, yenə gənclərin beynini yuyub aparacaqlar ora. Heç şübhəsiz ki, icazəsiz keçiriləcək bu aksiya. Və kim asayişi pozacaqsa müvafiq şəkildə də cəzalandırılacaq. Həmin o cəzalandırılanları daha sonra özlərini çirkli sudan tərtəmiz çıxarmaq məqsədi ilə xaricə yazdıqları danoslarda siyasi məhbus kimi qələmə verəcəklər. Yenə də olan bu millətin sabahını təşkil edən gənclərə olacaq.

 

Bu millət icazəsiz aksiyalara çıxsa yanında kimi görəcək, Tanrı xətrinə? Sevinc Osmanqızı gələcək bəlkə okeanın o tayından? Yoxsa Bakıda keçiriləcək meydanları belə düz əməlli tanımayan Tural Sadıqlı gələcək bəlkə? Yox, yox, Orduxan gələcək bu aksiyada iştirak üçün!... Abakandakı komandirinin canı üçün özü deyib: gələjəm! Vidadi İsgəndərli gəlsin bəlkə? Gəlib burda söysün də! Dünyanın hansı materiklərdən meydana gəldiyini başa salacaq xalq axı ona. Bunu da yaxşı bilir, ona görə də gələn deyil. Ağzının horrası tökülə-tökülə danışan məhəmmədlər, qaliblər, elvinlər isə siçan deşiklərindən ancaq "bərk dayanın" deyə qışqıracaqlar...

 

Ölkəmizdə və ətrafında regional və qlobal maraqları olan qüvvələr Azərbaycanda xaos və anarxiyada maraqlıdırlar. Əlaltıları da həmçinin! Bəs biz nə istəyirik? Sabitlik yoxsa qarışıqlıq? Hansı ölkələrə bənzəməkdir hədəfimiz? İnkişaf edən ölkələrə, yoxsa darmadağın olan Suriyaya? Cavabımız bəllidir şübhəsiz, qalır bunu dilə gətirmək!

Elə isə çəkinməyək: icazəsiz aksiya istəmirik deyək! Azərbaycanımız, sabahımız və gələcəyimiz üçün!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI