Orta məktəblərdə mobil telefonların qadağan edilməsi təklif edilir
Orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir.
Versus.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov çıxış edib.
O qeyd edib ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur.
A.Badamov təklif edib ki, “Təhsil haqqında qanuna” telefonların sinif otağına girişini qadağan edən bir maddə əlavə edilsin.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"