“Jurnalist, mətbuat azad olmayacaqsa..."

15:45 21-07-2023 | icon 2131 | KİV
“Jurnalist, mətbuat azad olmayacaqsa..."

Qulu Məhərrəmli: “O zaman o, cəmiyyəti dəqiq, dürüst ifadə edə bilməyəcək”

 

“Bu gün “Milli Mətbuat Günü”nün belə rezonansla qeyd olunması təkcə 148 il əvvəl “Əkinçi” qəzetinin çıxması və bunun millətin milli tərəqqisində xüsusi rol oynaması ilə bağlı deyil.  Bu, həm də bizim ictimai fikir tariximizin bir səhifəsi, milli məfkurə tariximizin bir parçasıdır”.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistika sahəsinin professoru Qulu Məhərrəmli Azərbaycan Milli Mətbuatının dünəni və tarixi ənənələrinin bu gün necə qorunması, davam etdirilməsi ilə bağlı açıqlamasındda bildirib.

 

Q.Məhərrəmli qeyd edib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əknçi” qəzetini çap etməklə millətə “ictimai göz”, dünyaya geniş nəzərlərlə baxmaq üçün geniş platforma açdı. O, “Əkinçi”nin öz tarixi missiyasını şərəflə yerinə yetirdiyini önə çəkib, onun bütün ağırlığının Həsən bəy Zərdabinin üzərinə düşdüyünü özünün də yazdığı müəyyən epizodlarda əks olunduğunu qeyd edib:

 

“Vaxtilə fransız jurnalist Bakıda türk qəzetinin çapı ilə maraqlann zaman Zərdabi ilə görüşür. Baxır ki, qəzetin redaktorluğu, fəhləliyi, mürəddibliyi, yazarı tək bir adamın çiynindədir. Həyat yoldaşı Hənifə xanım Həsən bəy Zərdabinin məslək yoldaşı kimi ona çox kömək edirdi. Elə bu faktın özü bizim milli düşüncə tariximizin mühüm bir səhifəsidir və burda ZƏRDABİLƏR ailəsinin Azərbaycan xalqının ictimai tərəqqisnə nə qədər ciddi töhfələr verdiyi görünür”.

 

Q.Məhərrəmli Həsən Zərdabi-“Əkinçi” ənənələrinin ictmai faktor, məmləkətdə maarifçi demokrat, xeyriyyəçi, milləti maarifləndirmək, onu dünya xalqları içərisinə çıxarmaq missyassını boynuna götürmüş bir mütəfəkkirin böyük ideyalarının bugünkü mətbuatda necə əks olunması məqamına diqqət çəkib. O, müasir mətbuatımızın yaxşı cəhətləri ilə yanaşı, təəssüf doğuran qüsurlarının  olduğunu deyib.

 

Onun sözlərinə görə, bu gün bir çox adamlar qəzetçiliklə bağlı çox bədbindirlər. Düşünürlər ki, onlayn, internet medianın yaranması qəzetləri sıradan çıxardır:

 

“İndi qəzetlər üçün yas quranlar da var. Amma belə bədbinliyə qapılmaq həddən artıq tezdir. Hesab edirəm ki, əlbəttə, qəzet rəqabətə tab gətrmirsə, azad deyilsə, cəmiyyəti ifadə edə bilmirsə sıradan çıxır. Yaxud oxucu yoxdursa, qəzet kimin üçün buraxılır. Ona görə də bu gün bayraq onlayn medianın, saytların əlindədir. Digər tərəfdən, peşəkar medianın sosial şəbəkələr kimi heç bir ölçü-biçini bilməyən, heç bir qaydanı tanımayan ciddi bir rəqibi var”.

 

Q.Məhərrəmli eyni zamanda müasir mediamızın gələcəyi haqqında düşüncələrini bölüşüb. O, bildirib ki, qüsurlara baxmayaraq, Azərbaycanda peşəkar media qurumları mövcuddur, müəyyən bir infrastruktur yaranıb. İnternet bütün tənqidlərə baxmayaraq müəyyən dərəcədə azaddır. Əvvəllər müşahidə olunan müəyyən saytları bloklama tendensiyası aradan qalxıb.  İndi nisbətən azad  mühitdə insanlar öz sözlərini deyirlər.

 

Q.Məhərrəmli bununla yanşı Azərbaycan mediasının problemlərinin olduğunu istisna etməyib:

 

“Bizim, medianın gəlcəyi üçün önəmli olan azad media platformasıdır. Azad media yoxdursa. yüzlərə sayt, minlərlə yootub kanalı olsun, bunların heç biri cəmiyyətə ciddi fayda verə bilməz. Ona görə də biz Azad və Müstqil mətbuatın inkişafına kömək eləməliyik. Təəssüf ki, bu gün müəyən qanunvericilik bazası yaradıb mətbatı bir çəpər altına yığmaq tendensiyası güclənir. Bu çox təhlükəlidir. Jurnalist, mətbuat azad olmayacaqsa, o cəmiyyəti dəqiq, dürüst ifadə edə bilməyəcək. Ona görə də biz azad mətbuatın inkişafı üçün şəait yaratmalı, sərbəst bazar iqtisadiyyatını inkişaf elətdirməliyik. Media üçün önəmli iqtisadi oksigen olan reklam bazarı inkişaf etdirilməlidir. O olmayacaqsa media oleqarxlardan, hakimiyyət orqanlarından, məmurlardan asılı vəziyyətdə qalcaq”.

 

Q.Məhərrəmli mediamızın gələcəyinə ümidverici yanaşıb. O, bildirib ki, bu gün Azərbaycanda çoxlu sayda azad düşüncəli insanlar, cəsarətli və gerçəyi yazan mətbu orqanları var. Belə media qurumlarının sayları çox olmasa da, cəsarətli jurnalistlərimiz çoxdur, onlar həqiqəti yazmaqdan çəkinmirlər:

 

“Biz o xətti inkişaf etdirməklə Azərbaycan mediasının ictimai missiyasını yüksəldə bilərik. Əgər bu gün mətbuat cəmiyyəti dürüst ifadə eləmirsə, mövcd problemləri tənqid edə bilmirsə, çəkingəndirsə, qorxaqdırsa, pul almaq üçün gözü onun -bunun əlinddirsə, gerçəkiyi deməkdən çəkinirsə onun bu cəmiyyət heç bir xeyri olmayacq.

 

Mətbuatda böyük fədakarlıq edən, vicdanlı, peşəkar jurnalistləri Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edirəm!”

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”