BANM-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib

16:24 04-10-2019 | icon 572 | Təhsil
BANM-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Bakı Ali Neft Məktəbində (BANM) 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-in professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1966-cı ildə beynəlxlaq səviyyədə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunduğunu, 1994-cü ildən isə 5 oktyabr tarixinin Beynəlxalq Müəllimlər Günü kimi təsis edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

 

““Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Möhtərəm Prezidentimiz İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən xəbər verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə əvəzsizdir”.

 

E.Qasımov həmçinin bildirib ki, təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlardır.

 

Tədbirdə təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Ali Məktəbin bir qrup qabaqcıl təhsil işçisi Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.

Tədbir ədəbi-bədii hissə ilə başa çatıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR