“Kremldəkilərin hərəkətləri Qorbaçovun o zamankı vurnuxmalarına bənzəyir”

20:45 17-08-2023 | icon 630 | Siyasət
“Kremldəkilərin hərəkətləri Qorbaçovun o zamankı vurnuxmalarına bənzəyir”

Sahib Alıyev: "Bu vurnuxma onlara yenə də baha başa gələ bilər"

 

“BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmə mənə ötən əsrin 90-cı illərinin əvvəlində, hələ SSRİ-nin dağılmadığı dönəmdəki vəziyyəti xatırlatdı. Daha dəqiqi ABŞ və Rusiya təmsilçilərinin çıxışları belə təəssürat yaradırdı. Rusiya təmsilçisinin adının önünə öz uydurmaları olan bir söz artırdıqları Qarabağı, daha dəqiqi onun haydillilərlə haylar yaşayan hissəsini məhz Ermənistan rəhbərliyinin son zamanlar aparılan danışıqlardan sonrakı açıqlamalarına dayanaraq Azərbaycan torpağı olaraq tanıdıqlarını dilə gətirməsi təbii ki, düşündürücüdür”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

 

Beynəlxalq normaların Moskva üçün heç bir anlam daşımadığının aydın olduğunu vurğulayan S.Alıyev qeyd edib ki, sadəcə o aydın deyil ki, Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu deməsinə oradakılar sevinir, yoxsa kədərlənir:

 

“Bütün hallarda Kremldəkilərin hərəkətləri Qorbaçovun o zamankı vurnuxmalarına bənzəyir. Amma bu vurnuxma onlara yenə də baha başa gələ bilər. Çünki ötən əsrin sonlarında Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan necə SSRİ-nin dağılması üçün faydalanmışdısa, ABŞ-ın indi də ondan Rusiyanı regiondan vurub çıxarmaq məqsədilə istifadə etməyə çalışdığı açıq-aydın görünür. Dünənki dinləmədə belə bu, hiss olunurdu. Detallara varmadan deyək ki, Birləşmiş Ştatların təmsilçisi bir sıra hallarda özünü BMT kürsüsündən yox, Kaliforniyada seçkiqabağı kampaniyada çıxış edirmiş kimi aparırdı. Belə görünür ki, Qarabağın Azərbaycan torpağı olduğunu bunu görməzdən gələnlərə anlatmaq üçün çox qısa zamanda daha təsirli addımlar atmaq lazım gələcək”.

 

S.Alıyevin fikrincə, ABŞ təmsilçisinin Azərbaycanla Ermənistana Qarabağla bağlı "uzunmüddətli danışıqlar" təklif etməsi isə bəziləri kimi Vaşinqtonun da regionda sülhdən daha çox qarşıdurmanın qalmasında maraqlı olduğunu göstərməkdən başqa heç bir anlam daşımır:

 

“Beləliklə, dünənki dinləmə bəzi böyük və Fransa kimi içindən böyüklük keçən, yaxud da özünü belə görən dövlətlərin Qarabağa yanaşmalarının elə də dəyişmədiyini, oradakı etnik azlıqdan geosiyasi məqsədləri üçün faydalanmağa çalışdıqlarını bütün çılpaqlığıyla üzə çıxardı. Bununla yanaşı elələrinin alətinə çevrilənlərin gözləntiləri özünü doğrultmadı. Guya hayların hallarına acıdıqlarını deyənlər oldu, amma onlar arzuladıqları və vəd olunan qətnaməni əldə edə bilmədilər. Niyə? Ona görə ki, qarşılarındakı ötən əsrin sonlarındakı Azərbaycan deyil”.

 

Millət vəkili bildirib ki, Ermənistanın növbəti dəfə belə rəzil duruma düşməsi təkcə diplomatiyamızın uğuru sayılmamalıdır, bu, bütövlükdə Azərbaycan dövlətinin adına yazılmalıdır:

 

“Dinləməqabağı güc strukturlarımızın Qarabağdakı terrorçu yığnaqlarıyla bağlı ortaya qoyduqları faktlar, ələ keçirilən hay diversantı, şərti sərhəddə və Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi torpaqlarımızda baş verənlər unudulmamalıdır.

BMT Təhlükəsizlik Şurasındakıların, o sıradan da hayların diqqətini Azərbaycan Xarici İşlər Nazirliyinin dünənki toplantının yekunlarıyla bağlı bəyanatındakı "suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda əzimliyik" cümləsinə yönəltmək istərdim. Anlamayanların, ilk növbədə də düşmənlərimizin bunun nə demək olduğunu bilmələri üçün fikrimcə, elə də çox gözləmək lazım gəlməyəcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol