Ailə bugün dünənki formatla yürüməz

10:44 12-10-2019 | icon 1211 | Köşə
Ailə bugün dünənki formatla yürüməz

"20-ni keçib, evdə qalar" fikriylə qurulan "ailə"

ÜLVİYYƏ ABIŞOVA

 

Bugünün özəlliyindən başqa, gündəm olaraq da aktualdı son günlər qadın-qız haqqları. Arzular eynilə qalır, daha güclü, daha geniş. Nadanlıq üzündən ölməsin qızlar, əclaflar əlində ölməsin qızlar, valideynlərin başıpozuqluğundan ölməsin qadınlar-qızlar.

 

Gəlin paltarında qızlarını yola salanda hər kəsin eşidəcəyi səslə, qızınızın da rahatlayacağı şəkildə arxasında HƏR BİR HALDA istənilən problemlə müraciət edə biləcəyi valideynlərinin olmasını bildirin. Qızlar əşya deyillər kiməsə əmanət edəsiniz.

 

Bərabər yaşamağı öyrədin qızlara-oğlanlara, bu yaşamda hər bir tərəfin haqqı, hüququ, öhdəliyi olduğunu anladın, kimsə kimsədən üstün deyil.

Bu bərabər yaşayış könüllü olmalı, zindana çevirməyin ər evini qızlara. "20-ni keçib, evdə qalar" fikriylə yalançı "ailə" qurdurmayın qızlarınıza. Oğlanlarınıza SİZİN parametrlərinizə uyur deyə "qohum-qonşu" qızını almayın. Bu işdə ilk başda "kafalar uymalı"...

 

Ailə bugün dünənki formatla yürüməz, əziz valideynlər, bunu da anlayaq. Dünənin standartını bugün uşaqlara "sırımağa" çalışmayın, ailənin məsuliyyətli bir anlayış olduğunu, dəyər olduğunu, bu dəyəri qoruyub saxlaya biləcəklərinə, yeri gəldi biri-birinə güzəştə getməyi bacaracaqlarına, hər xırda məsələni nəsildaxili problemə çevirib ortaya tökməklə həll etməməyi anladıqlarında, seçdikləri adamla yaşamaq istəyirlərsə, sevgidən də öncə qarşındakının sənin üçün dəyərli, hörmət edəcəyin, uğrunda bəzən nələrdənsə vaz keçəcəyin biri olduğuna əmin olduqları halda evlənə biləcəklərini anlamaqlarına zaman verin.

Ailə məsuliyyətini dərk edirlərsə, porblem olduqda sivil şəkildə - istər bərabər yaşamağa davam etmək, istər boşanmaya gedəcək qədər - həll edə biləcəklərinə inandıqlarında ailə qursunlar.

 

P.S Hə, bir də. Ən önəmlisi - ailə üzvünüzə bəzən yad olun, yad olun ki, yada hörmət etdiyiniz qədər heç olmasa hörmət edəsiniz... və NİDA!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI