İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir

12:37 15-10-2019 | icon 432 | Təhsil
İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir

Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir.

 

Versus.Az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

 

Onun sözlərinə görə, bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənir. Buna görə də məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, daha intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

 

R.Tağıyev qeyd edib ki, 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub:

 

"Növbəti addımlarımızın daha sərrast və məqsədyönlü olması üçün bu günün təcrübəsini diqqətlə təhlil etməli, öyrədərək öyrənməliyik. Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...