Azərbaycanda ŞOK: – FOTO

18:16 23-10-2019 | icon 437 | Sağlamlıq
Azərbaycanda ŞOK: – FOTO

Bu gün Azərbaycanda bir ilk yaşanıb. Özəl klinikaların birində 64 yaşlıı qadın ilk dəfə ana olaraq, dünyaya əkiz uşaqlar gətirib. 

 

 
Versus.Az Musavat.com-a istinadən xəbər verir ki, süni mayalanma ilə hamilə qalan qadın keysəriyyə əməliyyatı olunub. 
 
 
Daha sonra adının açıqlanmasını istəməyən ananın həkimi, Baku Medikal Plazanın süni mayalanma mərkəzinin süni mayalanma mütəxəssisi ginekoloq Cəlaləddin Örnek  ana və körpələrin səhhətindən danışıb:
 
"Çox xoşbəxtik,növbəti dəfə bir qadına analıq sevincini yaşatdıq. Pasientimiz bizə yaxınlaşanda ana olmağı çox istədiyini dedi. Öncə ana olmaq istəməyib, illər sonra isə ana olmağa hazır olduğunu düşünsə də, qismət olmayıb. Müəyyən müalicə prosesi keçdikdən sonra süni mayalanma etdik. Qadın ilk dəfədir ki, süni mayalanma prosesi keçirdi. Orqanizmi çox sağlam idi, 25 yaşlı qadının belə orqanizmi olur. Hamiləlikboyu dəmir preparatı içdi. Əlavə heç bir dərmandan istifadə edilmədi. Çox sağlam şəkildə qidalanırdı. Bu gün əməliyyat da uğurlu keçdi. Bir qız və bir oğlan övladı dünyaya gəldi. Onların da sağlamlıq durumu yerindədir”.
 
 
Əməliyyatda iştirak edən digər ginekoloq Elnurə Mustafayeva isə xanımlara səslənib. O, bildirib ki, qadınlar ana olmaq üçün gecikməsin:
 
"Əməliyyat çox yaxşı keçdi. Həyəcanlı idik. Dünyada 6 və ya 7 qadın var ki, 64 yaşından sonra uşaq dünyaya gətirib. Bəzi qadınlar düşünür ki, menepauza girdikdən sonra övlad sahibi ola bilməyəcəklər. Amma süni mayalanma yolu ilə onların ana olması mümkündür.
 
Bizim ən yaşlı pasientimiz 51 yaşlı qadın olub.  Amma bu gün 64 yaşlı qadını xəyallarına qovuşdurduq. Sizin vasitənizlə qadınlara səslənirəm. Ana olmaq üçün illərlə gözləməsinlər, orqanizm hər yaşda öz sözünü deyir, ona görə də vaxtında ana olsunlar”. 
 
 
Qadının əri, əkizlərin atası 70 yaşlı kişi hazırda Almaniyadadır və valideynlər adlarının çəkilməsini istəməyiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

COP29-un ilk gününün GÜNDƏLİYİ

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ