BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) SABAH qruplarının təşkilatçılığı ilə “GoldenPay” şirkəti tərəfindən təlim keçirilib.
Universitetdən Versus.Az-a verilən məlumata görə, təlimin məqsədi tələbələri praktiki biliklərə yiyələndirmək, gələcək karyeralarında inkişaf etmələri üçün təkan vermək, intellektual potensiallarından düzgün yöndə istifadə etməyin yollarını aşılamaq olub.
“GoldenPay” şirkətinin İdarə Heyətinin üzvü, Məhsulların İnkişafı və Marketinq üzrə direktoru Tuğba Uçar marketinqin kommunikasiya sistemindən danışıb. O, tələbələrə marketinqin kommunikasiya sistemi tələbatının formalaşması, satışın artırılması üsulları və metodları barədə məlumat verib. Tuğba Uçar həmçinin məqsəd auditoriyasının düzgün seçilməsinin vacibliyindən bəhs edib.
Daha sonra çıxış edən “GoldenPay” şirkətnin layihə rəhbəri Fəxri Hüseynov startap və layihələrin idarə edilməsi haqda məlumat verib. O, layihələrin idarəolunması sisteminin düzgün qurulmasının əhəmiyyətindən, startap ideyalarının kreativ olmasının zəruriliyindən söz açıb.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"