BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
Noyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə 16 Noyabr -Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Azərbaycanda tolerantlığın dərin köklərinin olduğunu, ölkəmizdə yaşayan insanların tarix boyu bir-birinin inam və etiqadına, etnik müxtəlifliyinə hörmət və ehtiramla yanaşdığını bildirib. X.Sultanova qeyd edib ki, Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində məqsəd dünya xalqlarının bir-birinə dözümlülük nümayiş etdirərək onları mehriban qonşular kimi yaşamağa səsləməkdir.
Bu barədə Versus.Az-a BSU-nun Mətbuat xidməti bildirib.
Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev çıxışında Beynəlxalq Tolerantlıq Gününün yaranması və bu günün tarixi haqqında məlumat verərək Azərbaycanın hazırda bütün dünyada tolerant ölkə kimi tanındığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə söhbət açan İ.Quliyev Azərbaycanın bu gün müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisi olduğunu deyib. İ.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tolerantlıq və multikulturalizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Sonra Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Sevda Axundova “Heydər Əliyev və tolerantlıq”, kafedranın baş müəllimi Günay Vəliyeva “BSU-da tolerant mühit”, kafedranın müəllimləri Nərmin Elyasova “Tolerantlıq və onun növləri”, Səbinə Məmmədova “Azərbaycanda tolerantlıq” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Hacı Rauf Azərbaycanda tolerantlıq mühiti və multikultural dəyərlər mövzusu ətrafında fikir və rəylərini bildiriblər.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"