“Ermənistan Rusiya üçün qüsurlu, xəyanətkar bacı obrazındadır”
Ramil Hüseynov: “ABŞ Azərbaycanla hesablaşmaq məcburiyyətində olduğunu yaxşı anlayır”
“Bütün münaqişələr və mübahisələr danışıqlar masasında çözulməlidir. ABŞ-ın bu danışıqlara birtərəfli qaydada təsir etmək imkanları boş vaxt sərf eməkdən başqa bir şey deyil”.
Bunu Versus.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitinə qatılmaqdan imtinasının doğurduğu reallıqlar və gözləntilər, eləcə də ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşmaları və perspektivlə bağlı şərhində bildirib.
R.Hüseynov qeyd edib ki, KTMT kimi təşkilatlar dünyada alternativ olaraq yaradılan və artıq formal xarakter daşıyan ciddi nüfuza malik olmayan təşkilatlar statusunu çoxdan qazanıb. KTMT-nin Qarabağ məsələsində, eləcə də digər münaqişə ocaqlarında heç bir təsir imkanı olmadığını vurğulayan R.Hüseynovun sözlərinə görə, Azərbaycan ölkə olaraq Qoşulmama Hərəkatının üzvüdür və bu, ayrı-ayrılıqda ölkələr arasında münasibətlər sisteminin bügünkü reallıqlarını nəzərə alsaq, daha effektlidir.
R.Hüseynov hesab edir ki, Ermənistanın KTMT sammitinə qoşulmaqdan imtinası, əgər bunu sona qədər bacaracaqlarsa, Ermənistanın öz xarici siyasətində ciddi dəyişikliklərin olunacağına bir siqnaldır. Çünki Rusiyadan asılılığı azaltmaq cəhdlərdi iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxardıb:
“Ermənistanın hazırda xarici siyasət strategiyasında 180 dərəcə dəyişiklik etməsi heç də onun siyasi addımlarının doğruluğundan xəbər vermir. Ermənistan artıq Rusiya üçün qüsurlu və xəyanətkar bacı obrazındadır. Rusiyanın dövlətçilik əsaslarına nəzər salsaq, o obrazın cəzalandırılması prosesinin nə ilə nəticələnəcəyini hesablamaq o qədər də çətin deyil. Amma bu gün Rusiyanın da durumunu nəzərə almaq lazımdır”.
Ekspert bəyan edib ki, istər qərb, istər onun havadarlıq etdiyi dövlətlər anlamalıdır ki, atılan hər bir addım çox ciddi siyasi əsaslara, ədalət prinsiplərinə söykənən, beynəlxalq hüquq prinsiplərinə istinad edən, real durumu nəzərə alan, coğrafi mövqeyi nəzərdən keçirən, iddialara cavab verən qərlarlarla nəyəsə nail olmaq olar.
R.Hüseynov hesab edir ki, sadalanan bütun elementlər dövlətlərarası münasibətlərdə, o cümlədən qlobal məsələlərin çözümündə vacib və zəruridir. Onun sözlərinə görə, bunları nəzərə almayanlar üçün dünya çapında yer yoxdur:
“Biz öz tarixi, əzəli əbədi torpaqlarımızı işğaldan azad etmişik. Ordumuzla, diplomatiyamızla dünya tarixində humanizm, insan dəyərləri və ədalət prinsipinin qorunub saxlanılması, o dəyərlərin ali dəyər olduğunu addımlarımızla nümayiş etdirdik. Görünür, milli maraqlarımız və dövlətimizin mənafeyindən kənarda hər hansı siyasi və iqtisadi projelərdə olmamağımız Qərb üçün bəzi narahatlıqlar yaradır. Amma bunun da müvəqqəti olduğunu bilirik və artıq gözləntilər özünü açığa çıxarmaqdadır”.
R.Hüseynov bildirib ki, bu güclərin regionda qeyri -sabitliyin davam etməsinə rəvac verməsi siyasi etik qaydalara ziddir:
“Biz öz dövlətimizin maraqlarını təmin etmək üçün çevik siyasi kursumuzu davam etdirməliyik. Nəticədə uzlaşma qaçılmazdır."
LƏMAN
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"