"Belə münasibət olduqda uşaqlarda məktəb qorxusu əmələ gəlir"

12:39 21-11-2019 | icon 606 | Təhsil
"Belə münasibət olduqda uşaqlarda məktəb qorxusu əmələ gəlir"

Son vaxtlar məktəblərdə fiziki baxımdan zəif olan uşaqları ələ salan, onlara hədə-qorxu gələn "Bullinq" kimi hadisələr baş verir. Belə münasibət olduqda uşaqlarda məktəb qorxusu əmələ gəlir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, "Bullinq" bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən nümayiş etdirdiyi qərəzli və aqressiv davranış formasıdır.

 

A.Naxçıvanlı əlavə edib ki, zorakılığa məruz qalan uşağı qorumaq mümkün deyil:

"Nə qədər maarifləndirici tədbirlər görülsə də, hər il uşaqlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq faktları qeydə alınır. Faktlar göstərir ki, uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur. Məhz ailədə uşaqların hüquqları pozulur. Bir sıra ailələrdə cismani cəza üsulu seçilir, yəni uşaqlar döyülür. Yaxud uşaqların gücü və yaşı çatmayan işləri görməyə məcbur edilir. Məhz ailələrdə uşaqlara etinadsızlıq göstərilir. Ailədə qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilmə faktları da var. Hesab edirəm ki, uşaqların müdafiəsi hamı üçün ön planda olmalıdır".

 

Komitə sədri bildirib ki, Azərbaycanın uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunları var:

"Uşaqların zorakılığa məruz qalması ilə bağlı Mülki və digər məcəllələr sərtləşdirilməlidir. Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır".

 

A.Naxçıvanlı deyib ki, hər bir rayonda risk qrupuna aid olan insanların, ailələrin qeydiyyatı aparılmalı, onlarla söhbətlər edilməlidir:

"Təəssüfedici məqamlardan biri də odu ki, məişət səviyyəsində baş verən hadisələr tez zamanda mətbuatda və sosial şəbəkələrdə işıqlandırılır. Bu, yolverilməzdir. Çünki belə hallar uşaqların fiziki və psixoloji travmalar alması ilə nəticələnir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi