"Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib

13:40 21-11-2019 | icon 529 | Təhsil
"Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Təhsil Nazirliyi "Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim edib.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu layihədə psixoloqların sayının şagirdlərin sayına uyğunlaşdırılması nəzərdə tutulur.

F.Həmzəyev əlavə edib ki, məktəblərdə ixtisaslı psixoloqlara ehtiyac var:

"Zorakılığın qarşısının alınması fəaliyyətinin təşkilində daha çox məktəb psixoloqları ilə işləməyə üstünlük veririk. Çünki məktəb psixoloqlarının bütün şagirdlərlə işləmək funksiyası var. Lakin bu məsələdə müəyyən problemlərimiz var. Hazırda məktəblərimizin müəyyən hissəsində psixoloq fəaliyyət göstərir, yəni 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alıblar. Bizim digər çətinliyimiz ondan ibarətdir ki, 150 şagirdi olan məktəbdə də, 2000 şagirdi olan məktəbdə də bir psixoloq işləyir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi