BSU-da “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib

12:14 25-11-2019 | icon 817 | Təhsil
BSU-da “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin dekanlığı, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib.

 

BSU-nun Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbirdə professor Tahirə Məmmədin “Cəfər Cabbarlı yaradıcılığında obrazların tipologiyası” mövzusunda, professor Nizami Məmmədovun “Cəfər Cabbarlı dramaturgiyası digər xalqların səhnəsində” mövzusunda məruzələri dinlənilib. Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığına həsr olunmuş məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Tədbirdə iştirak edən Cəfər Cabbarlı adına ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi  Qəmər Seyfəddin qızı çıxışında babası ilə bağlı ailə xatirələrindən, sənətkarın keşməkeşli həyat və yaradıcılıq aləmindən danışıb. Qəmər Seyfəddin qızı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

 

BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva, həmin kafedranın dosenti Fərrux Məmmədov çıxışlarında Cəfər Cabbarlının dramaturgiyası, elmi-tənqidi məqalələrinin müasirliyini və əhəmiyyətini vurğulayıblar.

 

Tədbirin sonunda çıxış edən Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev bildirib ki, Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

 

Tədbirdə BSU-nun Əsas kitabxanasının müdiri Səmayə Əliyeva tərəfindən hazırlanan Cəfər Cabbarlının kitablarından ibarət sərgi ilə tanışlıq olub.

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi