Deputatdan TƏKLİF

13:04 25-11-2019 | icon 481 | Təhsil
Deputatdan TƏKLİF

"I və II sinifdə ev tapşırıqları ləğv edilsin"

 

Azərbaycanda I və II sinifdə ev tapşırıqlarının ya ləğv olunması, ya da cüzi olması təklif edilir.

 

Versus.Az xəbər verir ki, bu təkliflə deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Deputat vurğulayıb ki, 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar:

“Nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Axı, onlar uşaqdırlar! Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətində ciddi problemlər yarada bilər”.

 

E.Axundovanın sözlərinə görə, məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir:

“Dərsliklər yenidən işlənməlidir, çünki hazırda kitabların keyfiyyəti heç kimi qane etmir. Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Səbəb kimi də proqramın gərginliyi göstərilir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi