İsveçrə səfiri Bakı Ali Neft Məktəbində

13:14 25-11-2019 | icon 406 | Təhsil
İsveçrə səfiri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, qonaqları salamlayan rektor Elmar Qasımov son illər ərzində Azərbaycan-İsveçrə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb.

 

Rektor ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində Bakı Ali Neft Məktəbinin xüsusi rolu olduğunu qeyd edərək, Ali Məktəbdə İsveçrənin ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

 

Ali Məktəbin yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini bildirən E.Qasımov BANM-də Böyük Britaniyanın Heriot-Vatt və ABŞ-ın Corc Vaşinqton universitetlərinin tədris proqramlarından istifadə edildiyini də qeyd edib. O həmçinin, Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramının həyata keçirildiyini deyib.

 

İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre isə rektor Elmar Qasımova səmimi qəbul və qonaqpərvərlik üçün təşəkkür edərək bildirib ki, Azərbaycan-İsveçrə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari sahədə də geniş əməkdaşlıq mövcuddur. Neft-qaz sektoru ilə bərabər iqtisadiyyatın digər sahələrinin inkişafına da xüsusi diqqət yetirilir.

 

Səfir Azərbaycan universitetləri içində ilk olaraq BANM-i ziyarət etdiyini qeyd edərək tələbələr üçün yaradılan hərtərəfli şəraitdən, eləcə də təhsilin keyfiyyətindən məmnunluğunu ifadə edib.

 

Görüşün sonunda qonaqlar Ali Məktəbin kampusu, laboratoriyaları və təlim mərkəzlərilə yaxından tanış olublar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi