BSU-da Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib

17:16 26-11-2019 | icon 374 | Təhsil
BSU-da Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə böyük rus şairi Sergey Yeseninə həsr olunmuş “Sergey Yeseninin Moskva həyatı” mövzusunda tədbir keçirilib.

 

BSU-nun Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva tədbirin tələbələrin Sergey Yeseninin haqqında məlumatlandırılmasında, intellektual səviyyələrinin yüksəlməsində, tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıb. G.Əliyeva bildirib ki, bu istiqamətdə silsilə tədbirlərin keçirilməsi fakültənin tədbirlər planına uyğun olaraq davam etdiriləcəkdir.

 

Sonra Sergey Yeseninin Moskvadakı ev muzeyinin əməkdaşları Alla Sergeyeva və Yelizaveta Terentevanın muzey haqqında məruzələri dinlənilib. Söhbət zamanı muzeyə virtual ekskursiya edilib, muzeydəki eksponatlar barədə iştirakçılara məlumat verilib.

 

Tədbirdə tələbələr tərəfindən şairin şeirlərindən parçalar səsləndirilib.

 

Bakı Slavyan Universitetinin «Словарь языка Есенин»a adlı yeddi cildlik  kitabının müəllifi Qalina Şipulina  Sergey Yeseninin Bakı həyatından danışıb, şairin yaradıcılığı haqqında ətraflı məlumat verib.

 

Tədbir fakültənin professor-müəllim heyəti və tələbələrinin böyük marağına səbəb olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi