"Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" - TƏDBİR

21:56 26-11-2019 | icon 779 | Təhsil
"Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" - TƏDBİR

287 nömrələri "Zəkalar" liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyi ilə “Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu” adlı tədbir keçirilib.

 
 
Versus.Az-ın məlumatına görə, tədbirdə çıxış edən liseyin direktoru Aygün Əhmədli Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva çıxışlar edərək uşaqların, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmindən danışıblar və şagirdlərə əhəmiyyətli məsləhətlər veriblər.
 
Qənirə Paşayeva şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına görə uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 287 nömrəli "Zəkalar" liseyinin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik edib. Millət vəkili orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edib.
 
Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağıran xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd edib. Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Q.Paşayeva özünəməxsus nəticələri olan 287 saylı "Zəkalar" liseyinin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi. O, məktəbdə tariximizin öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb.
 
 
Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərin hər birinə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin kitablar hədiyyəsi və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub. Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolu xüsusi qeyd edilərək uşaqlara tariximizə aid hədiyyə edilmiş kitabları dərindən oxumaq çağırışı edilib.
 
 
Tədbirin sonunda Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllimlərlə də geniş söhbət ediblər.
 
Liseyin direktoru Aygün Əhmədli millət vəkili Qənirə Paşayevaya liseyin fəaliyyəti, bu gün ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olması, təhsil ocağının daha da inkişafı istiqamətində görülən tədbirlər və şagirdlərin əldə etdiyi uğurlar barədə geniş məlumatlar verib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi