Ən sıx rast gəlinən metabolik sümük xəstəliyi
Nərminə Abbasova: “Zəngin qidalar sayəsində osteoporoz riskini azalda bilərsiniz”
“Uzun müddət hərəkət edə bilməmə, iflic, kifayət qədər qidalanmama, qeyri-kafi sümük toxuması istehsalı, hormonal səbəblər və yaşlılıq osteoporoza səbəb olan başlıca vəziyyətlərdir. Qadınlar osteoporoza daha tez yaşlarda həssas hala gəlməkdədirlər, çünki hormonları təxminən 50 yaş ətrafında yaxşıca azalmaqdadır. Buna qarşı kişilərdə hormon səviyyələri 70 yaşa qədər yüksək səviyyədə davam edir”.
Xəstəliklə bağlı Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, menopoza bağlı osteoporoz, ən sıx rast gəlinən metabolik sümük xəstəliyidir.
Onun sözlərinə görə, əgər xəstəlik mövcuddursa sümük - sıxlıq ölçümləri edilə bilər, bu ölçmələr nə qədər sümük itkisinin olduğunu göstərir. Həkim-terapevt qeyd etdi ki, bu ölçmələr osteoporoz riski olanlarda riski təyin etmək üçün edilə biləcəyi kimi osteoporozlu xəstələrdə da müalicənin və ya vəziyyətin qiymətləndirilməsi məqsədi ilə edilə bilər.
“Xəstəliyin səbəbinə görə müalicə üsulları dəyişə bilər. Xüsusilə menopoz vəziyyətində aşağı dozalarda progesteron verilməlidir, doza aşağı tutulduğu müddətcə 10-20 il müddət istifadə edilə bilər, ancaq 6 aydan bir ginekoloji müayinə lazımdır. Böyrəkləri normal olanlarda kalsium, natrium florid və Vitamin D verilə bilər. Xəstəlik daha çox inkişaf edənlərdə fizioterapiya tətbiq olunur. Osteoporoz olmamaq üçün sümükləri qorumaq lazımdır. Bunun üçün gündə 1 - 1.5 qram kalsium və 400 IU D vitamini alınmalıdır. Bol miqdarda yaşıl yarpaqlı tərəvəzlər istifadə olunmalı və nizamlı olaraq məşq edilməlidir. Xüsusilə gəzmə, qaçma və ağırlıq qaldırma kimi məşqlərin növbəti illərdə sümük əriməsi nisbətini azaltdığı müəyyən olunub. Ayrıca aşağı çəkidə olanların, normal çəkidə olanlara görə daha çox risk altında olduqları da müşahidə edilib”.
Nərminə xanım vurğuladı ki, Osteoporozdan qorunmaq uşaqlıq çağından başlayır və həyat boyu davam edir. Qorunma, yetərli kalsium qəbulu, nizamlı məşq və qadınlarda kifayət qədər ostrogen kişilərdə isə kifayət qədər testosteron səviyyələrinin təmin olunmasıdır. Həkimdeyir ki, uşaqlıq, gənclik dövrlərində güclü sümüklər qazanılması irəli yaşlarda osteoporoz inkişafından qorunmaq üçün əhəmiyyətlidir:
“Müntəzəm fiziki fəallıq, məsələn yürüyüş, aerobika və ya pilləkən enmək-çıxmaq sümük gücünü artırmada əhəmiyyətlidir. Qadınlarda sümük əriməsi adətən 40 yaşlarında başlayır. Xroniki xəstəliyi olan, sümük itkisini artırıcı dərman istifadə edən və ya digər risk amillərinə malik insanlarda daha erkən yaşlarda başlaya bilər. Sümük itkisi menopauzadan sonra ilk bir neçə ildə çox sürətlidir. Kişilərdə isə sümük itkisi 50 yaşlarında başlayır. Yaşlı qadın və kişilər üçün kifayət qədər kalsium və D vitamini qəbulu böyük əhəmiyyət daşıyır. Bundan başqa, fiziki olaraq aktiv qalmaq, əzələlərin güclü qalması, oynaqların elastikliyi və sümük qüvvəsi baxımından əhəmiyyətlidir”.
Həkim-terapevt bildirdi ki, qidalanmadakı bəzi dəyişikliklər sümük əriməsi və istənməyən sümük qırılmalarına qarşı qoruyur:
“Yəni sümük əriməsinin qarşısını almaq hər kəsin öz əlindədir. Sümük əriməsinə qarşı nizamlı həkim nəzarəti də olmazsa olmaz şərtlərdəndir. Elmi adı Osteoporoz olan problem, olduqca məşhur görülən bir skelet sistemi xəstəliklərindəndir. İsrarla laqeyd qalanlarda əl və ayaq sümüklərində kütlə itkiləri, büzdüm sümüklərindəki qırılmalarla başlanğıc etməkdədir. Bilindiyi kimi sümüklərin əsas quruluş maddəsini kalsium meydana gətirər. İnkişaf çağından etibarən, nizamlı olaraq alınan kalsium baxımından zəngin qidalar sayəsində osteoporoz riskini azalda bilərsiniz”.
DİQQƏT!
Əgər osteoporoz haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
Versus.Az
Xəbər lenti
COP29 iştirakçısının 3618-i jurnalistdir
Dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri...