BSU-da Cəlil Məmməduqulzadənin 150 illik yubleyi ilə əlaqədar tədbir keçirilib

16:10 02-12-2019 | icon 565 | Təhsil
BSU-da Cəlil Məmməduqulzadənin 150 illik yubleyi ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim  Cəlil Məmməduqulzadənin 150 illik yubleyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Noyabrın 28-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin və Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə universitetdə Cəlil Məmməduquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova çıxışında Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət olduğunu qeyd edib. S.Cəfərova bildirib ki, böyük yazıçı həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən rəngarəng obrazlar qalereyası yaradıb. S. Cəfərova vurğulayıb ki, Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.

 

Sonra tələbələrin ifasında Cəlil Məmmədquluzadənin və Həmidə xanımın məktubları əsasında hazırlanan səhnə nümayiş olunub. Azərbaycan filologiyası fakültəsinin tələbəsi Səidə İsmayılova Xalq şairi Söhrab Tahirin Cəlil Məmmədquluzadəyə həsr etdiyi şeirini səsləndirib.

 

Tədbirdə Azərbaycan filologiyası fakültəsinin tələbələrindən Şəlalə Kərimovanın “Qoca Şərqin güzgüsü Mirzə Cəlil”, Türkan Qasımovanın “Cəlil Məmmədquluzadənin pedaqoji və maarifçilik fəaliyyəti”, Nana Mustafayevanın “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” əsərində didaktik prinsiplər və təlim metodları”, Aytac Xəlilovanın ““Anamın kitabı” əsərində ailə tərbiyəsi və dil məsələləri”, Əsmər Əhmədovanın “Ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında fikirləri”, Aytac Həsənovanın “Cəlil Məmmədquluzadə irsində tərbiyə məsələləri”, Vəfa Allahverdiyevanın  “Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının fəaliyyətində rolu” mövzusunda məruzələri dinlənilib.

         

Sonra Azərbaycan filologiyası fakültəsinin tələbəsi Sadəgül Baloğlanova Cəlil Məmmədquluzadənin “Olacaqsan” şeirini səsləndirib, tələbələrin hazırladıqları “Anamın kitabı” əsərindən səhnə nümayiş olunub. Tələbələrdən Murad  Osmanlı Cəlil Məmmədquluzadənin obrazını yaradaraq iştirakçılar qarşısında maraqlı çıxış edib.

         

Tədbirdə Pedaqogika və psixologiya kafedrasının müəllimi S. Cəfərovanın  “Ölü ikən dirilər – Kefli İsgəndər həqiqətləri” mövzusunda məruzəsi dinlənilib.

 

Azərbaycan filologiyası fakültəsinin dekan müavini Yaqut Baxışova çıxışında tədbirin tələbələrin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

 

Sonda tədbirdə fəal iştirak edən tələbələrə təşəkkürnamə təqdim olunub.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi