BSU-nun alimləri Kalmıkiyada keçirilən III Beynəlxalq elmi forumda
Bakı Slavyan Universitetinin (BSU) bir qrup professor-müəllim heyəti B.B.Qorodovikov adına Kalmık Dövlət Universitetində “Şəbəkə şərqşünaslığı: monqol və türk etnik qruplarının zaman və məkanda qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən III Beynəlxalq elmi forumda iştirak ediblər. Azərbaycandan ümumilikdə 13 nəfərin qatıldığı elmi forumda Azərbaycan Milli Elmlər Akademiyasından və respublikamızın bir çox ali məktəblərindən alimlər iştirak ediblər. Onlardan 5 nəfər iştirakçı BSU-nu təmsil edib.
Bu barədə Versus.Az-a BSU mətbuat xidmətindən məlumat verilib.
Forum çərçivəsində “Altayşünaslıq və monqolşünaslığın aktual problemləri” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda BSU-nun professoru Rəhilə Quliyevanın “Культ коня в тюркской мифологии”, elmi işçi Sevinc İmanovanın “Концепт “семья” в азербайджанской прозе второй половины XX века” mövzusunda məruzələri dinlənilib. BSU-nun alimlərinin apardıqları elmi tədqiqatlar konfrans iştirakçılarında böyük maraq yaradıb.
Forum zamanı Kalmık Dövlət Universitetinin rektoru, professor Badma Salayev və universitetin prorektorları azərbaycanlı nümayəndələri böyük rəğbətlə qəbul ediblər. Rektor Badma Salayev rəhbərlik etdiyi Kalmık Dövlət Universiteti ilə BSU arasında gələcəkdə sıx əməkdaşlıq qurmaq arzusunu ifadə edib.
Görüş zamanı belə konfransların keçirilməsinin türkologiya, monqolşünaslıq, altayşünaslıq sahəsində elmi tədqiqatların aparılmasına müsbət təsir göstərəcəyi vurğulanıb.
Forumda Azərbaycandan iştirak edən 13 alimin məqaləsi toplu şəklində nəşr olunub.
Konfrans çərçivəsində iştirakçılar Kalmıkiyanın görməli yerlərinə ekskursiya ediblər.
Gözəl
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"