ADU-da Çin iqtisadiyyatına dair seminar keçirilib
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ÇXR-in təhsilinin 70 illiyinə həsr olunmuş "Çinin iqtisadi inkişafı və beynəlxalq təhlükəsizlik" adlı elmi-tələbə seminarı keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurlu inkişafından danışaraq bildirdi ki, "bir kəmər, bir yol" proqramının həyata keçirilməsində Azərbaycanın iştirakının fəallaşması, ilk növbədə, Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfəri ilə bağlıdır.
R.Abbasov Azərbaycan və Çin Transxəzər nəqliyyat marşrutu layihəsinin reallaşdırılması çərçivəsində bu gün də əməkdaşlıq edildiyini qeyd edib. Bütün bunlar Çinin aşkarlıq siyasətinin uğurla həyata keçirilməsinin, beynəlxalq münasibətlərin yeni tipinin qurulmasına və “Birgə taleyi bölüşən insan cəmiyyətinin” formalaşdırılmasına kömək edən bariz nümunədir.
Seminarda çıxış edən Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin doktorantı Pərviz İsgəndərzadə mühüm beynəlxalq əhəmiyyət kəsb edən və dünyaya Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində müasirləşdirilməsi, ölkənin dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çevrilməsi siyasətindən danışıb. Çin iqtisadiyyatı nəinki qloballaşma prosesinin ən mühüm iştirakçılarından birinə çevrilib, həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin çoxsaylı bazarlarını qazana bilib, dünyanın aparıcı ticarət fövqəldövlətinə, dünya iqtisadiyyatında və dünya valyuta-maliyyə bazarı üçün böhranlı hadisələr dövründə sabitləşdirici amilə çevrilib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"