BSU-da Leyla Əliyevanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Dekabrın 4-də Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaradıcılığına həsr olunmuş “Səninlə danışmaq istərəm” adlı ədəbi-bədii kompozisiya keçirilib.
BSU-nun Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbir Pedaqoji fakültənin “Xarici dil müəllimliyi” ixtisasının rus dili üzrə təhsil alan tələbələrinin “Kitab günü” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri, müəllim-tələbə heyəti iştirak ediblər.
Ədəbi-bədii kompozisiya BSU-nun “Arzu” rəqs ansamblının ifasında “Qarabağın maralı” rəqsinin nümayişi ilə başlanıb.
Sonra Pedaqoji fakültənin “Xarici dil müəllimliyi” ixtisasının rus dili üzrə təhsil alan tələbələri Leyla xanım Əliyevanın şeirlərini rus dilində səsləndiriblər.
Tədbir çərçivəsində Leyla xanım Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən ibarət sərgi də keçirilib.
Ədəbi-bədii kompozisiyada Leyla Əliyevanın xalqımızın ümummilli lideri Heydər Əliyevə ithaf etdiyi “Elegiya” şeiri təqdim olunub.
Sonda tələbə-gənclərin ifasında rus dilində “Azərbaycan” mahnısı səsləndirilib.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"