ADU-da “Bir günlük xəlifə”lər seçilib

10:40 05-12-2019 | icon 348 | Təhsil
ADU-da “Bir günlük xəlifə”lər seçilib

Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün müraciət edən tələbələrin seçim prosesi başa çatıb. Oktyabrın 26-dan noyabrın 26-dək “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün 37 rəhbər vəzifə üzrə 215 tələbə müraciət edib. 3-4 dekabr 2-ci mərhələ seçkiləri 37 vəzifə üzrə 97 namizəd iştirak edib.

 

ADU-dan Versus.Az-a verilən məlumata görə, rektor vəzifəsi üçün seçilmiş 8 nəfər namizəddən Gülmalı Məmmədov 98 səslə qalib gəlib. Rektor seçkilərində 235 nəfər seçici qismində iştirak edib. 2 gün ərzində 650 nəfər seçici seçkilərə qatılıb. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

 

Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Yəni bir günlük rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

 

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

 

Bu layihə ilə tələbələr bəlkə də illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmə şansı qazanırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi