BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib
Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin təşkilatıçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib.
BSU-nun Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, pedaqogika və psixologiya kafedrasının dosenti Ülviyyə Mehrəliyevanın moderatorluq etdiyi dəyirmi masada Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanlığı, Pedaqogika və psixologiya kafedrasının əməkdaşları, “İbtidai sinif müəllimliyi” ixtisasında təhsil alan II və III tədris ili tələbələri iştirak ediblər.
Dəyirmi masada Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələrindən Əsbət Nərimanlının “Abdulla Şaiqin tərcümeyi-halı”, Rəna Mehdiyevanın “Abdulla Şaiqin yaradıcılığı”, Dərya Mustafayevanın “Abdulla Şaiqin poeziya və musiqisi”, Elmira Əsədovanın “Abdulla Şaiqin nəsri”, Kamilla Naciyevanın “Abdulla Şaiqin dramaturgiyası”, Şövkət Əsədovanın “Abdulla Şaiqin elmi fəaliyyəti”, Emilya İbrahimovanın “Abdulla Şaiq-uşaq ədəbiyyatının banisi”, İradə Cəfərovanın “Ədəbi şöhrət” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə tələbə Ella Balasultanova Abdulla Şaiqin “Vətən” şeirini səsləndirib.
Sonda Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı ətrafında müzakirələr aparılıb.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"