Qaydaları pozan direktorlara intizam tənbehləri verilir

15:19 12-12-2019 | icon 432 | Təhsil
Qaydaları pozan direktorlara intizam tənbehləri verilir

Məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesini idarə edir və ona cavabdehlik daşıyır.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Onun sözlərinə görə, direktor öz fəaliyyətini ölkəmizin qanunlarına uyğun qurmalıdır:

 

"Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar - intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir.

Bu mənada məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşür. Təhsil Nazirliyinin də onun məktəbi idarə etməsinə nəzarətini yaxşı bilir".

 

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi ciddi şəkildə məktəblərin idarə olunmasına nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərinin sağlamlığı və təhlükəsizliyinin, istərsə də sağlam psixoloji mühitin yaradılmasının, məktəb-valideyn münasibətlərinin vacibliyini başa düşüb, işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir.

 

Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi