Məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atılacaq

15:41 12-12-2019 | icon 454 | Təhsil
Məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atılacaq

Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Onun sözlərinə görə, bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətçəkən aktual məsələlərdəndir:

"Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, ucqar məktəblərdə təhsil alan şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir".

 

Nazir müavini deyib ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün:

"Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın. Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi