Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

13:25 16-12-2019 | icon 430 | Təhsil
Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti liseylə tanış olub.

 

Bakı Ali Neft Məktəbindən Versus.Az-a, şagirdlərlə keçirilən görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin yüksək tədris və təlim-tərbiyə sahəsində unikal təhsil ocağı olduğunu bildirib. Rektor liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və hazırda təhsil ocağının bu şərəfli adı doğrultduğunu vurğulayıb.

 

O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan lisey məzunlarının intellektual səviyyəsinin, sosial aktivliyinin yüksək olduğunu bildirərək, Ali Məktəb tələbələrinin uğurunun orta məktəbdə əldə edilən bilik və bacarıqlardan qaynaqlandığını qeyd edib.

 

E.Qasımov bildirib ki, Zərifə Əliyeva adına Liseyinin 18 nəfər yetirməsi Bakı Ali Neft Məktəbinin məzunu olub, onlar hazırda müxtəlif yerli və transmilli şirkətlərdə çalışırlar.


“2019/2020-ci tədris ilində bu orta ümumtəhsil müəssisəsinin 6 məzunu BANM-ı seçib. Onlardan biri Prezident təqaüdçüsüdür”- deyə rektor qeyd edib.

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla da liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaradılmasından məmnunluğunu ifadə edib.

 

Bakı Ali Neft Məktəbinin hazırki tələbələri, Akademik Zərifə Əliyeva adına liseyin məzunları olan Kənan Sadıqov, Qəhrəman Kazımlı, Xalid İsmayıllı şagirdlərlə öz uğur hekayələrini bölüşüb və tövsiyyələrini veriblər.
Sonda rektor Elmar Qasımov şagirdlərin suallarını cavablandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür