“Bu il 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib”
Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.
Versus.Az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, 26 nəfər isə direktor vəzifəsinə işə qəbul olunub:
“BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"