BANM Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb

12:53 17-12-2019 | icon 427 | Təhsil
BANM Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb

Bakı Ali Neft Məktəbində (BANM) Böyük Britaniyanın “International Drilling Fluids” (IDF) şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bakı Ali Neft Məktəbindən Versus.Az-a verilən məlumata görə, görüşdə BANM və IDF arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlıq, bu əməkdaşlıq çərçivəsində mütəxəssis mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlərə dair Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “International Drilling Fluids” şirkətinin Baş icraçı direktoru Koruş Təhmasib imzalayıblar.

 

Görüşdə birgə elmi tədqiqatların aparılması, tələbələrin iştirakı ilə müxtəlif laboratoriya kurslarının, işçi heyəti üçün treninqlərin təşkil olunması barədə razılıq əldə olunub.


IDF neft-qaz sənayesində qazma, tamamlama və istehsal üzrə mühəndislik xidmətləri göstərir. Şirkət qazma problemlərini aradan qaldırmaq üçün praktik tədqiqat fəaliyyəti ilə məşğuldur. Baş ofisi Londonda yerləşən şirkətin Azərbaycanda da ofisinin açılması planlaşdırılır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi