Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən Versus.Az-a verilən xəbərə görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 511, BB qrupu üzrə 1756, ümumilikdə isə 2267 namizəd qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 212 nəzarətçi‑müəllim, 24 nəfər buraxılış rejimi əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"