"CanSat Azərbaycan 2020" tələbə model peyk müsabiqəsinə start verilib
Azərbaycan Təhsil Nazirliyinin və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə növbəti "CanSat Azərbaycan 2020" tələbə model peyk müsabiqəsinə start verilib.
"Azərkosmos"dan Versus.Az-a verilən məlumata görə müsabiqədə iştirak etmək üçün müraciətlər 17 yanvar 2020-ci il tarixinədək qəbul olunur.
Müsabiqə ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişaf edilməsinə şərait yaradır.
Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını yerinə yetirir.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"