Dövlət qulluğuna imtahan verən 838 nəfər müvəffəqiyyət qazanıb

13:01 27-12-2019 | icon 334 | Təhsil
Dövlət qulluğuna imtahan verən 838 nəfər müvəffəqiyyət qazanıb

22 dekabr 2019-cu ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, imtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə verib.

 

İmtahanda iştirak edənlərdən 450 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarətdir.

 

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 69 nəfərdir.

 

Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 21 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

 

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 323 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 58 nəfər müvəffəqiyyət əldə edib.

 

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 58 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 13 nəfər uğur əldə edib.

 

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 838 nəfər (37.0%) müvəffəqiyyət əldə edib.

 

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanları mütəmadi olaraq saytımızda yerləşdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür