Dağlıq Qarabağın Azərbaycanlı icmasının yeni İdarə Heyətinin formalaşmasından 1 il ötür

14:06 27-12-2019 | icon 477 | Qarabağ
Dağlıq Qarabağın Azərbaycanlı icmasının yeni İdarə Heyətinin formalaşmasından 1 il ötür

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması” nın yeni İdarə Heyətinin formalaşmasından 1 il ötür.

 

Versus.Az xəbər verir ki, bununla bağlı icmanın idarə heyətinin iclası keçirilib.

 

İcma rəhbəri Tural Gəncəliyev 1 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında geniş məruzə ilə çıxış edib:

"Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələr, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb. Beynəlxalq qurumlarla mütəmadi görüşlərin keçirilməsi Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının müxtəlif məsələlərlə bağlı mövqeyinin bu qurumların təmsilçilərinin diqqətinə çatdırılması əsas məqsədlərdən olub. Bu baxımdan ATƏT sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Minsk Qrupunun üzvü olan digər ölkələrin, ölkəmizdə fəaliyyət göstərən səfirləri ilə keçirilən görüşlər, digər ölkələrin diplomatik korpusları həmçinin Avropa İttifaqı, Avropa Şurası, BMT, Qızıl Xaç Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir".

 

İcma rəhbəri Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya görüşüdə qaçqınlar və məcburi köçkünlərin hüquqlarına dair keçirilən konfransda iştirakı, həmcinin icmanın nümayəndə heyətlərinin ABŞ-ın Los-Anceles, Türkiyənin Ankara, Avropanın siyasi mərkəzi sayılan Brüsselə səfərlərini faydalı hesab etdiyini bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...