Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

13:00 18-09-2023 | icon 771 | Siyasət
Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Könül İsmayılova: “Azərbaycan prezidentinin uğurlu siyasətinin qalib xalqıyıq”

 

Prezident İlham Əliyevin ölkələrlə əməkdaşlıq əlaqələri davam etməkdədir. Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü də belə görüşlərin davamı sayılır. Tacikistana edilən səfərlər zamanı qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi.

 

Versus.Az xəbər verir ki, mövzuyla bağlı fikirlərini bölüşən Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib ki, Ermənistanın işğalı altında xarabalığa çevrilən tarixi torpaqlarımızda başladığımız sözün əsl mənasında yenidənqurma işləri dünyanın gözü qarşısında baş verir:

 

“Vətənpərvərliyimiz, torpağımıza bağlılığımız, ərazilərimizə sahibliyimiz, qardaş ölkələrlə birliyimiz bir daha dünyaya diqtə edir ki, Azərbaycanın güclü iqtisadiyyatı var, ölkələrlə əməkdaşlıq qabiliyyəti, sülh sazişinə israrlığı, erməni əsilli vətəndaşına diqqət və qayğısı var. Tolerant ölkə olmağımız hər bir ölkəyə nümunədir. Cənab Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizin güc dövlətləri ilə yanaşı addımlamasında özünü göstərir. Ermənistanı, Rusiyanı, Azərbaycana düşmən nəzərlərlə baxan ölkələri qıcıq edən uğurlarımızın daha da artacağı şübhəsizdir”.

 

Könül xanım vurğulayıb ki, bu gün diqqət mərkəzində olan görüşlərdən biri Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü oldu. Onun sözlərinə görə, ölkələrimizin xalqlarını bir-birinə çoxəsrlik qardaşlıq münasibətləri bağlayır, ortaq mədəni köklərimiz dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir:

 

“Bu əməkdaşlıq bağları ilə bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Nəticə etibarı ilə əməkdaşlıq istiqamətləri üzrə göstəricilər davamlı artıma malikdir. Təsadüfi deyil ki, Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır”.

 

Siyasətçi xanım qeyd edib ki, Azərbaycan-Tacikistan münasibətlərinin dərinləşməsi əməkdaşlıqlarımızın yüksək səviyyədə qurulmasından xəbər verir:

 

“Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Cari ildə imzalanmış memorandumlar isə bunlardır:

“Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq”, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası İctimai Birliyi və Tacikistan İş Qadınlarının Milli Assosiasiyası arasında əməkdaşlıq”, “Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında əməkdaşlıq”, “AzərTürk Bank və Аmonatbonk arasında anlaşma memorandumu””.

 

K.İsmayılova vurğuladı ki, bunlarla yanaşı Parlamentlərarası əlaqələr, iki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur:

 

“Bütün bunların fonunda görünən odur ki, ölkəmizin başçısı nə xarici düşmənlərimizə, nə də daxildəki qaraguruhçulara məhəl qoymadan Azərbaycanı daha da gücləndirmək üçün bütün səylə çalışır. Onun bu uğurlu siyasətinə kölgə salmaq istəyənlərə isə sadəcə kənardan baxmaq qalacaq. Anlamalıdılar ki, məhz cənab İlham Əliyevin yürütdüyü siyasətin nəticəsində bu gün qalib ölkənin qalib xalqıyıq.

Tanrı dövlətimizi qorusun!”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI