Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.
Versus.Az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.
Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.
Digər imtahanların qrafiki ilə buradan tanış olmaq mümkündür.
"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik", -DİM-dən bildirilib.
2020-ci ilin ilk 3 ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixləri
Tədbir |
Tarix (2020-ci il) |
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün xarici dil imtahanı |
|
QƏBUL İMTAHANI |
26 yanvar |
Sınaq imtahanı |
18 yanvar |
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu |
|
QƏBUL İMTAHANI |
23 fevral |
Sınaq imtahanı |
02 fevral |
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu |
|
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün sınaq imtahanı (I – IV ixtisas qrupları, 2-ci mərhələ ) |
16 fevral |
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu |
|
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) |
29 mart |
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ) |
29 mart |
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan dili və ya rus dili imtahanı (I mərhələ) |
29 mart |
|
|
Buraxılış imtahanları |
|
İlk peşə-ixtisas təhsili müəssisələri |
16 fevral |
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı |
17 fevral |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət |
1 mart |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət |
9 mart |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət |
15 mart |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) |
29 mart |
Dövlət qulluğuna qəbul |
|
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar |
26 yanvar, 16 fevral, 15 mart |
Elektron sınaq imtahanları |
17, 22, 29 yanvar |
Vəkillər kollegiyasına üzv olmaq üçün elektron imtahan |
31 yanvar |
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"