Media nümayəndələri və təhsil ekspertləri BDU-da imtahan prosesini izləyiblər
Bu gün Bakı Dövlət Universitetində(BDU) media nümayəndələri və təhsil ekspertlərinin iştirakı ilə imtahan prosesi izlənilib.
Versus.Az xəbər verir ki, tədbirdə BDU rektoru Elçin Babayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
İlk olaraq BDU-nun rektoru Elçin Babayev imtahan prosesi və universitetdə baş berən yeniliklər barədə məlumat verib. O bildirib ki, universitetdə bir çox istiqamətlərdə işlər gedir:
"Böyük sürətlə universitetin elektronlaşdırılmasına başlanılıb. BDU bu məsələdə bir az geciksə də, artıq prosesə start verilib. Böyük üstünlük ondadır ki, proses bizim tələbə və müəllimlərin iştirakı ilə həyata keçirilir. Bu məsələ üçün müəyyən maliyyə vəsaiti ayırsaq da, üstünlüyümüz kadrların hazırlanmasıdır. Bu sahədə bizim böyük potensialı olan iki böyük fakültəmiz var ki, onların imkanlarından istifadə edəcəyik''.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, universitetin inkişafı üçün rəqəmsallaşdırma lazımdır:
"Universitetin reytinq cədvəllərində yer tutması, daha da irəliləməsi üçün yataqxanasınının olması vacibdir. İnanırıq ki, BDU öz işləri ilə Azərbaycan elminə şöhrət gətirəcək".
Sonra bir neçə otaqda imtahan prosesi izlənilib.
Daha sonra İmtahan qərargahının rəhbəri Elşad Qurbanov imtahan nəticələrinin yoxlanılması barədə məlumat verib. O bildirib ki, imtahanlar başlayandan bu günə qədər 600-ə yaxın tələbə tərəfindən qərargaha şikayət daxil olub və bu şikayətlər araşdırılıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"