BSU-nun tələbələri “Əsgərə salam” aksiyası keçiriblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Bu Sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu il yanvar ayının 17-dən “Əsgərə salam” aksiyasına da start verib.
Qeyd edək ki, fevral ayının 2-nə - Azərbaycan Gəncləri Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.
Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, bunu sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar.
Versus.Az xəbər verir ki, yanvarın 24-də Bakı Slavyan Universitetinin (BSU) tələbələri bu təşəbbüsə fəal qoşularaq ali təhsil müəssisəsinin qarşısında “Əsgərə salam” aksiyası keçiriblər. BSU-nun mülki və hərbi formada olan tələbə-gəncləri bu aksiyada fəal iştirak etməklə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını, qəhrəman əsgər və zabitlərimizi dəstəklədiklərini nümayiş etdiriblər.
Aksiya yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda keçib.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"