Şagird sayı çox olan məktəblər üçün avtobuslar təşkil olunacaq
"Valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlamışıq".
Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BNA və Təhsil Nazirliyinin birgə işçi qrupu bununla əlaqədar iş aparır:
"Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Birinci mərhələdə bu, bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"