Zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibəti necə olacaq?
"Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətinə götürülüb".
Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.
Nazir deyib ki, 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan da Bakıya gətirilib:
"Nümayəndə heyətimiz psixoloji yardım məqsədilə aeroportda onların qarşılanmasında iştirak edib".
Geri qaytarılan tələbələrin sonrakı aqibəti barədə məlumat verən nazir deyib ki, bu tələbələr hazırda tətildədirlər:
"Sonrakı mərhələ ilə bağlı hansısa fasilə veriləcəyi müəyyən vaxtdan sonra bəlli olacaq. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"