"Məktəbli forması seçərkən gigiyena normalarına əməl edilməlidir"

13:04 27-01-2020 | icon 1217 | Təhsil
"Məktəbli forması seçərkən gigiyena normalarına əməl edilməlidir"

Təhsil naziri Ceyhun Bayramov məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Versus.Az xəbər verir ki, nazir mətbuat konfransında bildirib ki, vahid məktəbli formasının tətbiqi  ilə bağlı əsas məsələ düzgün çərçivənin, rahat, keyfiyyətli, standartlara uyğun olan geyim formasının müəyyən edilməsidir:

 

"Ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsi"ndə qeyd edilir ki, məktəb daxilində məktəbli geyimləri vahid olmalıdır. Ancaq bütün ölkə üzrə məktəbli formalarının vahid olması ilə bağlı hər hansı standart, norma mövcud deyil. Biz sırf qanunvericilik baxımdan yanaşsaq, belə çıxır ki, hər məktəb özü  öz məktəbi daxilində geyim müəyyənləşdirə bilər. Ancaq hər bir məktəb özü üçün məktəbli forması seçərkən müəyyən gigiyena normalarına  əməl edilməli, standartlar gözlənilməlidir".

 

Nazir deyib ki, reallıqda buna o qədər də ciddi əməl edilmir:

"Ona görə "Təhsil haqqında" qanuna 2018-ci ildə edilən dəyişikliyə əsasən, dövlət məktəbli formalarının nümunələrini təsdiq edəcək və məktəblər də bu nümunələr sırasından  seçim edə biləcəklər.  Təsdiq edilən dövlət nümunələri 3-5 növ ola bilər. Orada bütün tələblər qeyd edilir. Bunlar da sözsüz ki, daha çox istehsalçılar üçündür. Onlar normalara ciddi əməl etməlidirlər".

 

Nazir həmçinin bildirib ki, hər bir məktəb valideynlərlə birlikdə uyğun geyim formasını müəyyən edərək seçə bilər:

"Məktəblər üçün təsdiq edilən geyim formaları arasından hansısa birinin istifadə edə bilinməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq. Hesab edirik ki, məktəbli formaları həmin nümunələrdən biri ola bilər".

 

Nazir qış aylarında qızlar üçün şalvar geyimindən istifadənin mümkün olub-olmadığı məsələsinə də aydınlıq gətirib. O deyib ki, hazırda aparılan ictimai müzakirənin məqsədi ilkin hazırlanmış forma layihələrinə rəyin verilməsidir:

"Əminliklə deyə bilərəm ki, bizə daxil olan rəylər əsasında həmin layihələrdə dəyişiklik olacaq və yeni təkmilləşmiş variant müzakirəyə çıxarılacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi