Şagirdlərin davranış pozuntuları ilə bağlı təlimlər keçiriləcək

13:15 03-02-2020 | icon 998 | Təhsil
Şagirdlərin davranış pozuntuları ilə bağlı təlimlər keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün yeni təlimlərə start verilib.

 

İdarədən Versus.Az-a verilən məlumata görə, “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində təşkil olunan təlimlər Bakı şəhərinin 12 rayonu üzrə bütün ümumi təhsil məktəblərini əhatə edəcək.

 

“Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlim ilk olaraq Qaradağ və Səbail rayonlarını əhatə edib.

 

Qeyd edək ki, BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdir.

 

Təlimlərin fevral ayı boyu davam etdirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi