DİM ödənişli xidmətlərdən istifadə edənlər üçün bəzi üsulları açıqladı

10:40 04-02-2020 | icon 554 | Təhsil
DİM ödənişli xidmətlərdən istifadə edənlər üçün bəzi üsulları açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşların “Şəxsi kabinet” yaratdıqdan sonra əlavə ödəmə həyata keçirmək üçün istifadə edə biləcəkləri üsulları açıqlayıb.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, DİM-in ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün istifadəçilər ilk növbədə ekabinet.dim.gov.az saytında öz “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

 

Vətəndaşların “Şəxsi kabinet” yaratdıqdan sonra ödəmə həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var:

 

1. Vətəndaş bank kartı vasitəsilə online şəkildə “AsanPay” (təhsil ödənişləri->DİM) və “Hesab.az”(təhsil->DİM), “Hökumət ödəniş portalı” (bütün ödənişlər->təhsil->DİM) və ya bu elektron ödəniş sistemlərinin şəbəkələrinə qoşulmuş ödəniş terminalları vasitəsi ilə apara bilərlər.

 

2. Bank kartı olmayanlar “Şəxsi kabinet” yaratdıqdan sonra ödənişi həyata keçirmək üçün “Hökumət ödəniş infrastrukturu”na qoşulan bütün banklar, bankların filialları, şöbələri, həmçinin “Azərpoçt”un filial və şöbələrində şəxsiyyət vəsiqəsi və ya “Şəxsi kabinet”inin nömrəsini əməliyyatçıya təqdim etməklə ödəməni həyata keçirə bilərlər. (əməliyyatçıya “Hökumət ödəniş portalı” vasitəsilə “Şəxsi kabinetimə” imtahanda iştirak etmək üçün vəsait qoymaq istəyirəm demək kifayətdir).

 

3. Banklara məxsus ödəniş terminalları (məsələn “Ekspresspay” (təhsil->DİM) və poçt şöbələrində olan e-GovPay ödəniş terminalları vasitəsilə də nağd şəkildə “Şəxsi kabinet”inizin hesabına vəsait əlavə edə bilərsiniz.

 

4. Bundan əlavə, bank kartı olmayanlar portmanat.az mikro ödənişlər sistemi ilə də Portmanat kod əldə etməklə lazımi vəsaiti hesablarına yükləyə bilərlər. Portmanat kod MilliÖN, eManat, Easypay, Expresspay ödəmə terminalları vasitəsi ilə əldə edilə bilər. Kodun əldə edilməsi üçün ardıcıllıq aşağıdakı kimidir:

 

Ödəmə kartları -> Portmanat Code -> Mobil nömrə daxil edilir -> Məbləğ daxil edilir. Əməliyyatın sonunda daxil edilən mobil nömrəyə 9889 qısa nömrəsindən Portmanat kodu SMS vasitəsi ile göndərilir, eyni zamanda qəbzin üzərində də çap olunur. Portmanat kodla DİM-ə ödəniş etmək üçün portmanat.az saytına və ya mobil tətbiqinə daxil olduqdan sonra "Qeydiyyatsız ödənişlər" bölməsindən "Dövlət ödənişləri" bölməsinə daxil olmalısınız. Daha sonra "DİM" seçilir. 2 seçim imkanı var: DİM (Kabinet nömrəsi ilə) və DİM (Şəxsiyyət vəsiqəsi ilə). Seçimlərdən hər hansı birini seçərək ödəniş qəbzindəki pin kodu daxil etməklə ödəniş edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi