Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

12:55 05-02-2020 | icon 570 | Təhsil
Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Tanınmış ədəbiyyatşünas alim, təcrübəli və bacarıqlı elm və təhsil təşkilatçısı, nüfuzlu ictimai-siyasi xadim, dəyərli ziyalı, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, Əməkdar müəllim, “Şöhrət” ordenli professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş bu monoqrafiya öz maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir.

 

Versus.Az xəbər verir ki, bu barədə BSU-nun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edək ki, kitabın redaktoru və ön sözün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovdur. Akademik Nizami Cəfərov yazdığı “Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətinə fundamental elmi baxış” adlı ön sözdə monoqrafiyanı geniş və hərtərəfli təhlil edir, onun yüksək elmi-siyasi və bədii keyfiyyətlərini əsaslandırır. “Qüdrətli Azərbaycan naminə” kitabı “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək poliqrafik keyfiyyətlə nəşr olunub.

 

Qeyd edək ki, “Qüdrətli Azərbaycan naminə” kitabında dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən fədakar fəaliyyətinə, ən böyük tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müstəqil ölkəmizin müasir dünya standartlarına və yeni beynəlxalq çağırışlara uyğun beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutan genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları işıqlandırılır.

 

Kitabda ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə öz töhfələrini vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında ən böyük həqiqətlər təqdim edilir.

 

Biz bu dəyərli kitabın işıq üzü görməsi münasibətilə professor Nurlana Əliyevanı ürəkdən təbrik edir, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində, yaradıcılığında bol-bol nailiyyətlər arzulayırıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi