III ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 3 yeni ixtisas yaradılıb

01:06 08-02-2020 | icon 922 | Təhsil
III ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 3 yeni ixtisas yaradılıb

Azərbaycanda III ixtisas qrupunda 5 ixtisas ləğv edilib, iki ixtisasın adı dəyişib, 3 yeni ixtisas yaradılıb.

 

Versus.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil,  İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir:

 

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
  3. İbtidai sinif müəllimliyi
  4. Korreksiyaedici təlim
  5. Məktəbəqədər təhsil
  6. Tarix müəllimliyi
  7. Təhsildə sosial-psixoloji xidmət
  8. Xarici dil müəllimliyi (dillər üzrə)
  9. Dinşünaslıq
  10. Dövlət və ictimai münasibətlər
  11. Fəlsəfə
  12. Filologiya (dil və ədəbiyyat göstərilməklə)
  13. Hüquqşünaslıq
  14. İslamşünaslıq
  15. Jurnalistika*
  16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1
  17. Politologiya
  18. Tarix
  19. Tərcümə (dillər üzrə)
  20. Bədii yaradıcılıq və ekran dramaturgiyası
  21. Muzey, arxiv işi və abidələrin qorunması -1
  22. Sənətşünaslıq (sahələr üzrə)
  23. Sosial iş
  24. İctimai təhlükəsizlik və idarəetmə

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi