IV ixtisas qrupunda yeni ixtisaslar yaradılıb
Azərbaycanda IV ixtisas qrupunda yeni ixtisaslar yaradılıb.
Versus.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, Müalicə işi, Tibbi profilaktika və Həkim yardımçısı ixtisasları siyahıdan çıxarılıb. Baytarlıq və Hərbi həkim işi ixtisasları müvafiq olaraq Baytarlıq təbabəti və Hərbi tibb adlandırılıb. IV ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Fizioterapiya və tibbi reabilitasiya, Tibb bacısı işi, İctimai səhiyyə, Tibb və Biotexnologiya ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra IV ixtisas qrupuna aşağıdakı 20 ixtisas daxildir:
- Biologiya müəllimliyi
- Kimya müəllimliyi
- Kimya və biologiya müəllimliyi
- Psixologiya
- Biologiya
- Ekologiya
- Kimya
- Bağçılıq və tərəvəzçilik
- Baytarlıq təbabəti
- Bitki mühafizəsi
- Su bioehtiyatları və akvakultura
- Bədən tərbiyəsi və idmanda reabilitasiya
- Fizioterapiya və tibbi reabilitasiya
- Əczaçılıq
- Tibb bacısı işi
- Hərbi tibb 17. İctimai səhiyyə
- Stomatologiya
- Tibb
20.Biotexnologiya
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"