V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb
Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.
Versus.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi ixtisasları siyahıdan çıxarılıb. Dekorativ sənət, Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.
V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:
- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
- Musiqi müəllimliyi
- Təsviri incəsənət müəllimliyi
- Aktyor sənəti
- Bəstəkarlıq
- Dekorativ tətbiqi sənət (sahələr üzrə)
- Dirijorluq (sahələr üzrə)
- Dizayn (sahələr üzrə)
- Heykəltəraşlıq
- İnstrumental ifaçılıq (sahələr üzrə)
- Musiqişünaslıq
- Operator sənəti
- Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
- Qrafika
- Rejissorluq
- Rəngkarlıq
- Vokal sənəti (sahələr üzrə)
- Xoreoqrafiya sənəti (sahələr üzrə)
- Məşqçilik.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"