Doktorantura və dissertanturaya xarici dil imtahanından 36 namizəd azad olunub

19:11 11-02-2020 | icon 523 | Təhsil
Doktorantura və dissertanturaya xarici dil imtahanından 36 namizəd azad olunub

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya komissiyası işini yekunlaşdırıb.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, imtahanda 1489 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. Xatırladırıq ki, bundan əlavə, DİM-ə qüvvədə olan xarici dil sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunub.

 

Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilib, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyib. Esse yazıları isə maksimum 10 balla qiymətləndirilib. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabər olub. İmtahandan 20 və daha çox bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılıblar.

 

İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün 3-4 fevral tarixlərində Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında, keçmiş Bakı Asiya Universitetinin binasında) Apelyasiya komissiyası fəaliyyət göstərib. Namizədlər Apelyasiya komissiyasına şəxsiyyətlərini təsdiq edən sənədi və onun surətini təqdim etməklə şəxsən müraciət edə bilərdilər.

 

Apelyasiya prosesi müddətində namizədlərin müəyyən məsələlərlə bağlı yazılı və elektron müraciətlərinə baxılıb. Test tapşırıqları ilə bağlı heç bir müraciət daxil olmayıb. Müraciətlər, əsasən, esse yazılarının qiymətləndirilməsi və müəyyən texniki məsələlərlə bağlı olub. Fevralın 5-də keçirilən açıq apelyasiyada namizədlərin esse yazıları onların iştirakı ilə ekspert-markerlər tərəfindən diqqətlə araşdırılıb və onlara yazılarındakı səhvlər qiymətləndirmə meyarları əsasında izah edilib. Texniki xarakterli məsələlərlə bağlı müraciətlər aidiyyəti üzrə şöbələrə yönəldilib.

 

Doktorantura və dissertanturaya 2019/2020-ci tədris ili üçün  yanvarın 26-da keçirilmiş xarici dillər üzrə qəbul imtahanının nəticələri ilə bağlı namizədlərin apelyasiya müraciətlərinə baxılması məqsədilə yaradılmış Apelyasiya komissiyasının qərarı ilə heç bir namizədin imtahan nəticəsində dəyişiklik edilməyib.

 

Beləliklə, Apelyasiya komissiyası işini yekunlaşdırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi