"Magistraturaya qəbulun bir mərhələli aparılması sənəd verənlərin sayına təsir etməyəcək"
"Magistratura səviyyəsinə qəbulun bir mərhələli şəkildə aparılması sənəd verənlərin sayına hər hansı təsir etməyəcək".
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov bildirib.
O deyib ki, bu ildən magistraturaya qəbulun bir mərhələli şəkildə aparılmasından sonra məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür:
"Təhsilin hansısa pilləsinə qəbul sadələşdirilirsə, bu, o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. Əgər ilkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə, magistrlər sonrakı pillərdə əziyyət çəkməzlər".
AMEA-nın akademik-katibi deyib ki, təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur:
"Gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Onlar təhsilin hər bir səviyyəsi üzrə tələb olunan bilikləri əldə etməlidirlər".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"