Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək

19:27 11-02-2020 | icon 654 | Təhsil
Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

 

Kadrlara düşən şəxslərin “karusel”ə cəlb edildikləri bildirilir. Müəllim olduqları deyilən və özlərini hansısa partiyaların müşahidəçisi kimi təqdim edən bu insanların, əslində təmsil olunduqları partiyalar barəsində məlumatsız olduqları da üzə çıxıb.

 

Sosial şəbəkədə yayılmış belə görüntülərlə bağlı Təhsil Nazirliyindən bildirilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır.

 

“Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”, - deyə Nazirlikdən qeyd olunub.

 

Hüquqşünas Ələsgər Əhmədoğlu isə AYNA-ya açıqlamasında deyib ki, seçki nəticələrini bilərəkdən və ya bilməyərəkdən saxtalaşdırmağa göz yumanlar və bilavasitə iştirak edənlər cinayət məsuliyyəti daşıyır:

 

"Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, belə şəxsləri 2 ilədək azaqlıqdan məhrumetmə cəzası gözləyir”.

Картинки по запросу

 

“Əgər müəllimlərdən kimsə 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bu prosesdə olubsa və ya onların gözü qaşısında saxtakarlıq baş veribsə, onlar üçün bu cinayət maddəsinin tətbiqi mümkündür. Əgər cinayət işi açılsa, həmin müəllimlər bu maddələr üzrə mühakimə olunacaqlar”, - deyə hüquqşünas qeyd edib. /ayna.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

COP29-un ilk gününün GÜNDƏLİYİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ